Putin Krımın ilhaqını belə izah etdi
“Mən öz həmkarlarıma (onlar 4 nəfər idi) bildirdim ki, Ukraynada elə vəziyyət yaranıb ki, biz Krımın Rusiya ərazisinə qaytarılması işlərinə başlamaq məcburiyyətindəyik. Ona görə ki, biz bu ərazini, orada yaşayan əhalini taleyin ümidinə buraxa bilməzdik”, - deyə Putin vurğulayıb.
Prezidentin sözlərinə görə, Ukraynada baş verən çevrilişdən sonra orada qapalı sorğu keçirilib. Sorğunun nəticələrinə görə, isə yarımadanın əhalinin 75 faizi Rusiya ilə birləşmək istəyib.
Putin vurğulayıb ki, rəsmi Moskvanın əsas məqsədi Krımın Rusiyaya birləşdirilməsi yox, yarımada sakinlərinə gələcəkdə necə yaşamaları haqqında öz fikirlərinin ifadə etmək imkanının verilməsi olub. Rusiya prezidentinin sözlərinə görə, həmin vaxt o qərar verib ki, əgər Krım sakinləri Ukraynanın tərkibində qalmaq istəsələr, qoy belə olsun. Yox əgər onlar Rusiya ilə birləşmək istəsələr, onda biz onları darda qoya bilməzdik: “Biz referendumun nəticələrini bilirik. Və biz eləməli olduğumuzu etdik”.
Eldar Tanrıverdiyev
AzVision.az