“Ronaldu kişi deyil...” - İrina Şeyk

“Ronaldu kişi deyil...” - İrina Şeyk
  10 Mart 2015    Oxunub:39980
Kriştianu Ronaldunun keçmiş sevgilisi İrina Şeyk etiraf edib ki, portuqaliyalı oyunçu ilə görüşərkən xoşbəxtlikdən uzaq olub.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Fikrimcə, ideal kişi sadiq və dürüst, özünü qadınlarla necə aparmalı olduğunu bilən centlmen olmalıdır. Mən bizi özümüzü bədbəxt hiss etməyə məcbur edən insanlara inanmıram. Çünki onlar kişi yox, oğlandırlar. Mən hesab edirdim ki, ideal kişini tapmışam. Lakin hər şey tamamilə fərqli oldu”, - deyə İrina Şeyk bildirib.

“Hesab edirəm ki, yanında həmin kişi olmayanda hər bir qadın özünü pis hiss edər. Ona görə də mən həmin vaxt özümü pis və təhlükədə olduğumu hiss edirdim” – deyə Şeyk vurğulayıb.

Qeyd edək ki, məşhur cütlük bu ilin yanvarında ayrılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti