Rus ordusu itki verdi: 500 ölü

Rus ordusu itki verdi: 500 ölü
  11 Mart 2015    Oxunub:3200
Rusiya Ordsunun təxminən 500 hərbçisi Ukraynanın şərqində öldürülüb.
Bu barədə ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland senatda dinləmələr zamanı bildirib.

Bildirilir ki, senator Nulanda Ukraynanın şərqində nə qədər Rusiya əsgərinin həlak olması barədə sual verib.

Nulandın sözlərinə görə, bu barədə rəqəmləri dəqiq demək çox çətindir: "Çünki Rusiya tərəfi bunu ciddi şəkildə gizlədir. Lakin bizim müşahidələrimizə görə, ölən rus əsgərlərinin sayı yüzlərlədir. Təxminən 400-500 rus əsgəri həlak olub".

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Rusiya ordsunun əsgərlərinin Ukraynanın şərqində döyüşdüyü barədə yayılan xəbərləri təkzib edir.

"ABŞ qəhvə ilə fala baxır", - deyə Rusiya MN həmin xəbərləri belə şərh edib. (Ans)


Teqlər:





Xəbər lenti