ABŞ-da polisə etiraz mitinqləri başladı

ABŞ-da polisə etiraz mitinqləri başladı
  11 Mart 2015    Oxunub:1199
ABŞ-ın Viskonsin ştatında minlərlə vətəndaş qara dərili Toni Robinsonun polis tərəfindən güllələnərək öldürülməsinə etiraz edib, - "YeniSafak".

Viskonsin ştatında silahsız qara dərili gənc Robinsonun polis zabiti Matt Kenni tərəfindən öldürülməsinin dördüncü günündə etirazlar davam edib.

Ştatın paytaxtı Medisonda əksəriyyəti tələbələrin olduğu minlərlə insan Ştatın parlament binasının qarşısına toplaşıb. Aksiya çərçivəsində yüzlərlə etirazçı parlament binasına daxil olub və rəsmilərdən polis zabiti Kenninin həbs olunmasını istəyib.

Bundan başqa Medisonda aksiya ilə əlaqədar Viskonsin-Medison Universitetinin tələbələri litsey tələbələri dərslərə keçməyiblər.

Qara dərili Toni Robinsonun qətlinə etiraz ölkənin digər əyalətlərində də keçirilib. Sietldə keçirilən etirazda 30 yaşlı bir tələbənin saxlanıldığı bildirilib.


Teqlər:





Xəbər lenti