Misir: “Təhrir meydanına qayıdış”

Misir: “Təhrir meydanına qayıdış”
  21 May 2013    Oxunub:1263
Bu deviz altında kütləvi aksiyalar keçirilib
Misirin paytaxtı Qahirədə prezident Məhəmməd Mursinin apardığı siyasətə qarşı etiraz aksiyaları keçirilib.
“Əl-Cəzirə” kanalının məlumatına görə, siyasi müxalifət əhalini “Təhrir meydanına qayıdış” devizi ilə etirazlara çağırıb. Bundan sonra şəhərin bir neçə istiqamətindən baş meydana doğru kütləvi yürüşlər başlanıb.

Aksiyaçılar prezident Məhəmməd Mursinin hakimiyyətdən getməsini, erkən prezident seçkilərinin keçirilməsini, yeni konstitusiya hazırlanmasını, həbs olunmuş bütün şəxslərin azadlığa buraxılmasını tələb ediblər.

Onlar “Xalq hökumətin istefasını istəyir”, “Mursi, hakimiyyətdən get!” kimi şüarlar səsləndiriblər. Etirazçılar həmçinin ölkəyə yenidən ordunun nəzarət etməsi tələbini irəli sürüblər.


Teqlər:  





Xəbər lenti