Azərbaycanlı direktor Rusiyada həbs edildi
Rusiya hüquq-mühafizəçiləri cinayətkar qrupun üzvlərini dörd ay müddətində izləyib. Operativ məlumatlara əsasən cinayətkar qrup şəhər və vilayət daxilində həşiş, amfetamin və kokain satışı ilə məşğul olub.
Cinayətkarlardan biri Azərbaycan vətəndaşının evində aparılan axtarışlar zamanı təxminən 25 kiloqram həşiş, həmçinin 80 qram kokain və tərəzilər aşkarlanıb. Saxlanılan şəxs ərzaq mağazasının direktoru olduğunu bildirib.
Faktla bağlı cinayət işi açılıb. Qrupun iki üzvü saxlanılıb.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: