“Həbsdəki ismayıllılar bekarçılığın qurbanı olub”

“Həbsdəki ismayıllılar bekarçılığın qurbanı olub”
  18 Fevral 2013    Oxunub:2209
İsmayıllının yeni icra başcısı Mirdaməd Sadıqov rayonda müəyyən işlərin görülməsi barədə tapşırıqlar verib.
Bu tapşırıqlara əsasən yeni iş yerlərinin açılması və bu iş yerlərinə rayon sakinlərinin götürülməsinə dair tələblər aiddir.

İcra başçısı rayonda abadlıq-quruculuq işləri aparılmasına dair də tövsiyyələr irəli sürüb. Tədbirlər planının həyata keçirilməsində işçi qüvvəsinin artırılması barədə xüsusi tapşırıqlar verib.

Mirdaməd Sadıqov İsmayıllıda baş verən məlum hadisələrdən dolayı həbs olunan vətəndaşlardan danışıb. Onun fikrincə, vətəndaşların bu hadisəni törətmələri və həbs olunmalarına əsas səbəb işsizlikdir: “Bu cür xoşagəlməz hadisələrin baş verməsi bekarçılıqdan irəli gələn bir şeydir, onlar bekarçılığın qurbanı olublar. Əgər onların iş yerləri olsaydı, belə hadisələr də olmazdı. Bundan sonra həbsdə olan ismayıllıların azad olunması və işlə təmin edilməsi yolunda addımlar atılacaq”.


Teqlər:  





Xəbər lenti