Kiyev metrosunda partlayış

Kiyev metrosunda partlayış
  11 Mart 2015    Oxunub:1914
Ukraynanın paytaxtı Kiyevdə Vidubçi metro stansiyasında partlayış baş verib.
Bu barədə AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir.

Ukrayna polisinin məlumatına görə, naməlum şəxs metro stansiyası yaxınlığında yerləşən kiosklardan birinə qumbara atıb.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Son məlumatlara görə, partlayış nəticəsində xəsarət alan olmayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti