Amerikalı senator Türkiyəni parçalamaq istəyir

Amerikalı senator Türkiyəni parçalamaq istəyir
  12 Mart 2015    Oxunub:2368
ABŞ-da prezidentliyə namizəd olacaq senator Rand Paul Kürdüstan dövlətinin yaradılması üçün Türkiyədən torpaq alınacağını deyib.

AzVision.az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, R.Paul kürd dövlətinin qurulmasının vacibliyini vurğulayıb:

“Mən Kürdüstan üçün yeni sərhədlər çəkəcəyəm və kürdlərə yeni bir ölkə barədə söz verirəm. Amerikanın bu günə qədər onlara verdiyi dəstək azdır, İŞİD-ə qarşı kürdlər daha çox silahlandırılmalıdır. Onlar yaxşı döyüşçüdürlər”.

Kürdlər üçün göndərilən silahların əvvəlcə Bağdada getdiyini, burada onların bir qisminin oğurlandığını deyən senat silahların yalnız bir qisminin kürdlərə çatdığını deyib. O təklif edib ki, silahlar birbaşa kürdlərin özünə verilməlidir:

“Radikal qruplaşmalarla mübarizə aparmaq üçün kürdlərə öz dövlətlərini qurmağa şərait yaratmaq lazımdır. İnanıram ki, onlara öz ölkələrinin olacağını vəd etsək, ölümü gözə alıb mübarizə apararlar. Amma bunu demək, etməkdən daha asandır. Çünki Kürdüstanı reallaşdırmaq üçün Türkiyə, İraq və Suriyadan torpaq almaq lazım gələcək”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti