ABŞ-da ara qarışdı - İki polis yaralandı

ABŞ-da ara qarışdı - İki polis yaralandı
  12 Mart 2015    Oxunub:1779
ABŞ-ın Ferqüsson şəhərində (Missuri ştatı) polis departamenti yaxınlığında baş verən atışma nəticəsində iki polis əməkdaşı yaralanıb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata əsasən atışma qaradərili şəhər sakinin öldürülməsinə etiraz edən şəxslərin ərazini tərk etdiyi vaxt baş verib. Hadisə şahidlərinin sözlərinə görə, dörd atəş səsi eşidilib.

Şəhər polisindən olan mənbənin sözlərinə görə, yaralılardan biri Sent-Luis dairəsinin zabiti olub. Digər polis isə Missuri ştatı Uebster-Qovs şəhər polis idarəsində çalışıb.

Xatırladaq ki, Ferqüsson şəhər polis idarəsinin rəhbəri Tom Cekson vəzifəsindən istefa verib.

Ötən ilin avqust ayının 9-da qaradərili Maykl Braun mağazanı qarət edərkən ağdərili polisin açdığı atəş nəticəsində həlak olub. Daha dəqiqi, Braun mağazadan bir qutu siqar götürüb və pulu verməyib, satıcıya kobudluq edərək gedib. Bu, mağazadakı kameranın çəkdiyi kadrlardan da görünür.

Ferqüssonda toqquşmalar böyük jürinin qaradərili yeniyetməni öldürən polis əməkdaşını məhkəməyə cəlb etməmək qərarından sonra başlayıb. Onlar polis idarəsinin rəhbərini istefasını tələb ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti