Dünyanın ən reytinqli 10 universiteti - SİYAHI (FOTOLAR)

Dünyanın ən reytinqli 10 universiteti - SİYAHI (FOTOLAR)
  12 Mart 2015    Oxunub:9180
“Times Higher Education” (THE) təhsil jurnalı növbəti dəfə dünyanın ən nüfuzlu universitetlərinin reytinqini hazırlayıb.
AzVision.az xəbər verir ki, universitetlərin siyahısı 142 ölkədən 10 min 507 alimin anket sorğusuna əsasən müəyyənləşdirilib. Siyahıya 20-ə yaxın ölkənin 100 universitetinin adı daxil edilib.

Jurnalın redaktoru Fil Beti bildirib ki, universitetlərin dəyərləndirilmə kriteriyaları dəyişməyib:

“Anket sorğusu tamamilə subyektiv fikirlərə əsaslanır. Mütəxəssislərin rəyinə əsasən siyahı tərtib edilib”.

“Times Higher Education” jurnalının seçdiyi ən nüfuzlu 100 universitetin siyahısında ilk onluğu tutan universitetlər aşağıdakılardır:

1. Harvard Universiteti (ABŞ)


2. Kembric Universiteti (Böyük Britaniya)


3. Oksford Universiteti (Böyük Britaniya)


4. Massaçusets Texnologiya Universiteti (ABŞ)


5. Stenford Universiteti (ABŞ)


6. Berkli Kaliforniya Universiteti (ABŞ)


7. Prinston Universiteti (ABŞ)


8. Yel Universiteti (ABŞ)


9. Kaliforniya Texnologiya İnstitutu (ABŞ)


10. Kolumbiya Universiteti (ABŞ)


Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti