Erməni idmançılar Bakıya gəlməkdən qorxdular

Erməni idmançılar Bakıya gəlməkdən qorxdular
  12 Mart 2015    Oxunub:1924
"Qoy, Bakıya bura getmək qərarını verənlər getsin".
Bu sözləri Armenpress-ə boks üzrə Ermənistan yığmasının baş məşqçisi David Torosyan bildirib.

"Mən yetirmələrimi Bakıya aparmağı fikirləşmirəm. Qoy, ora Bakıya getmək qərarını verənlər getsinlər. Ancaq bu o demək deyil ki, Bakıya erməni boksçuları getməyəcək. Boks Federasiyasında Bakıda doğulan və Azərbaycana getmək arzusu ilə alışıb-yanan çoxlu şəxslər var. Qoy, elə onlar da ora getsin. Mənim boksçularımın orda heç bir işi yoxdur. Əminəm ki, erməni boksçuları ilk döyüşdəcə yarışdan kənarda qalacaqlar. Onları ilk döyüşdə döyəcəklər", -deyə David Torosyan bildirib.

Qeyd edək ki, Ermənistan Olimpiya Komitəsi yayda Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak qərarı versə də bu bir çox erməni idman məşqçilərinin xoşuna gəlməyib. (Ans)


Teqlər:  





Xəbər lenti