Putin `soyqırım` günü Ermənistana gedəcək
“Ermənistanın Avrasiya İttifaqına qoşulması barədə sazişin yanvarın ikisindən qüvvəyə minməsi nəzərə alınaraq hər iki lider inteqrasiya proseslərinin sonrakı inkişafına dair fikir mübadiləsi aparıb”, - deyə Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Bundan əlavə prezidentlər qondarma erməni “soyqırımı” və İkinci Dünya Müharibəsində qazanılan qələbənin 70 illiyi ilə bağlı keçiriləcək tədbirlər barədə də danışıb. Telefon danışığı zamanı Putin qondarma erməni “soyqırım”ın 100 illiyə ilə bağlı İrəvanda keçiriləcək tədbirlərə qatılacağını bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az