Azərbaycanlı iş adamı öldürüldü

Azərbaycanlı iş adamı öldürüldü
  12 Mart 2015    Oxunub:2956
Ukraynanın Luqansk vilayətinin separatçıların nəzarətində olan Krasnıy Luç şəhərində azərbaycanlı iş adamı öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə APA-ya Luqansk vilayəti Azərbaycanlılar Konqresinin sədri Rasim Uğurluyev məlumat verib. O bildirib ki, qətlə yetirilən şəxs Ukrayna vətəndaşı, əslən Azərbaycanın Gəncə şəhərindən olan 1971-ci il təvəllüdlü Rövşən Yusif oğlu Şirinovdur.

Martın 11-də axşam saatlarında R. Şirinovun separatçı “Luqansk Xalq Respublikası”nın nəzarətində olan Krasnıy Luç şəhərinin mərkəzindəki evinə 4 maskalı şəxs hücum edib. Maskalılar iş adamının və onun həyat yoldaşının əl-qolunu bağlayıblar. Hadisə zamanı R. Şirinovun 1 yaşlı oğlu da evdə olub. Quldurlar mənzildən 40 min dollara yaxın pulu götürərək iş adamını da özləri ilə aparıblar.

Səhəri gün şəhər kənarında R. Şirinovun meyiti tapılıb. O, başından aldığı güllə yarası nəticəsində ölüb.

Qondarma respublikanın “milisi” hadisəni törədənlərin axtarışına başlayıb və iş adamının yaxınlarına cinayətkarların tapılacağına dair söz verib. Rövşən Şirinovun cənazəsi dəfn olunmaq üçün martn 13-də Azərbaycana gətiriləcək.


Teqlər:





Xəbər lenti