Məşhur türkiyəli müğənni vəfat etdi

Məşhur türkiyəli müğənni vəfat etdi
  12 Mart 2015    Oxunub:1831
Türkiyənin məşhur sənətçisi, türk pop musiqisinin əfsanəvi simalarından olan Erol Büyükburç 79 yaşında vəfat edib.
AzVision.az -ın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, bu gün E. Büyükburç uzun müddət telefon zənglərinə cavab verməyib. Yaxınları onun İstanbulun Etilər məhəlləsindəki evinə gediblər və mənzildə sənətçinin meyitini aşkarlayıblar. Onun ürəyinə bir müddət əvvəl 3 stend qoyulubmuş. Polis faktla bağlı araşdırma aparır.

E. Büyükburç 1936-cı ildə Adanada dünyaya gəlib. İlk albomunu 1975-ci ildə buraxıb. 1970-80-ci illərdə İstanbulda müxtəlif kazinolarda səhnəyə çıxıb. Sənətçi Türkiyə pop musiqisinə gətirdiyi yeniliklərlə tanınıb. Yaradıcılığı boyunca 1800 mahnı bəstələyib, 200-ə yaxın mükafat alıb, 33 filmə çəkilib.

AzVision.az


Teqlər:





Xəbər lenti