Rusiyada bazarı yanan azərbaycanlı sahibkar saxlanıldı

Rusiyada bazarı yanan azərbaycanlı sahibkar saxlanıldı
  12 Mart 2015    Oxunub:2305
Rusiyada beş nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsinə görə ticarət mərkəzinin azərbaycanlı sahibi saxlanılıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Admiral” ticarət mərkəzinin direktoru 30 yaşlı Hüseyn Qəhrəmanov haqda həbs qətimkan tədbirinin seçilib-seçilməməsi ilə bağlı hələ ki, qərar qəbul olunmayıb.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları çalışır. Rusiya polisi faktla bağlı “İnsan ölümünə səbəb olan yanğın təhlükəsizliyi tələblərinin pozulması” maddəsi ilə cinayət işi açıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti