Keçmiş məmur özünü güllələdi

Keçmiş məmur özünü güllələdi
  13 Mart 2015    Oxunub:2065
Ukraynanın Zaporojye vilayətinin keçmiş qubernatoru Oleksandr Pekluşenko evində intihar edib.
Yerli polis bildirib ki, onun boğazında güllə yarası aşkar edilib. İlkin versiya kimi, onun özünü öldürdüyü söylənilir.

Keçmiş prezident Viktor Yanukoviçlə əlaqəsi olan 60 yaşlı qubernatorun meyiti evində tapılıb. O, 2011-ci ildən 2014-cü ilin martınadək Zaporojyenin qubernatoru, həmçinin V.Yanukoviçin Regionlar Partiyasının üzvü və əvvəllər onun parlamentdə təmsilçisi olub.

Xatırlıadaq ki, V.Yanukoviç 2014-cü ilin fevralında devrilib və hazırda Rusiyada yaşayır. İndiyədək Ukraynada onunla əlaqəsi olan 6 keçmiş məmurun intihar etdiyi bildirilir. Zaporojyenin bir hissəsi hazırda rusiyapərəst separatçıların nəzarətində olan Donetsk vilayəti ilə həmsərhəddir (Ans).


Teqlər:





Xəbər lenti