Rusiyadakı yanğında ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB

Rusiyadakı yanğında ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB
  13 Mart 2015    Oxunub:2440
Bu barədə AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir.

Yanğının baş verdiyi ərazidə xilasedicilər hələdə işləyir. Ötən gün yanan ticarət mərkəzindən daha beş nəfərin cəsədi aşkarlanaraq dağıntılar altından çıxardıb. Bununla da yanğın zamanı ölən şəxslərin sayı 10-a çatıb.

Rusiya FHN-nin rəsmisi İqor Panışinin sözlərinə görə, dağıntılar altında hələ 25 nəfər də qala bilər: “Son saatlar ərzində aşkarlanan bütün cəsədlər binanın sol hissəsində, dördüncü girişin yaxınlığında aşkarlanıb”.

“Yanğın nəticəsində ölən və zərərçəkənlər arasında bir neçə ölkənin vətəndaşları var. Ruslarla yanaşı, ölənlərin siyahında Tacikistan və Azərbaycandan olan şəxslər var. Xəsarət alan 55 nəfərdən ikisi Vyetnam, eyni sayda Azərbaycan və Qırğızıstan, bir nəfər Tacikistan vətəndaşı da var.
Qeyd edək ki, Rusiyada on nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsinə görə ticarət mərkəzinin azərbaycanlı sahibi saxlanılıb.

“Admiral” ticarət mərkəzinin direktoru 30 yaşlı Hüseyn Qəhrəmanov haqda həbs qətimkan tədbirinin seçilib-seçilməməsi ilə bağlı hələ ki, qərar qəbul olunmayıb.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları çalışır. Rusiya polisi faktla bağlı “İnsan ölümünə səbəb olan yanğın təhlükəsizliyi tələblərinin pozulması” maddəsi ilə cinayət işi açıb.

***
12:45

Rusiya KİV-nin yaydığı məlumatlara görə, Kazanda “Admiral” ticarət mərkəzində ölənlərin sayı 13-ə yüksəlib. Hadisə yerində axtarış-xilastmə işləri davam etdirilir. Ümumilikdə, dağıntlar altında 25-ə qədər şəxsin ola biləcəyi vurğulanır.

***
17:40

Kazanda “Admiral” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 15-ə çatıb.

AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Fövqəladə Hallar Nazirliyinin Tatarıstan üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Rodıqin deyib.

O qeyd edib ki, hazırda 17 nəfər itkin düşmüş hesab olunur.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti