İslandiya Avropa Birliyindən imtina etdi

İslandiya Avropa Birliyindən imtina etdi
  13 Mart 2015    Oxunub:1048
İslandiya Avropa Birliyinə üzvlük müraciətini geri götürüb.
AzVision.az xəbər verir ki, bu barədə İslandiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Məlumatda görə, 7 ildir ki, Avropa Birliyinə üzvlük üçün danışıqlar aparan İslandiyanın bu addımı atmasının səbəbi kimi bu ölkənin Avropa Birliyinə üzv olmadan da yaxşı müdafiə olunması ilə izah edilib.

Qeyd edək ki, iki il əvvəl AB əleyhinə vədlərlə hakimiyyətə gələn hazırkı İslandiya hökuməti seçkiqabağı verdiyi sözü yerinə yetirmiş sayılıb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti