Obama: “Mesaj və smartfondan istifadə etmirəm”

Obama: “Mesaj və smartfondan istifadə etmirəm”
  13 Mart 2015    Oxunub:1564
ABŞ prezidenti barak Obama bəyan edib ki, sma göndərmir və smartfondan istifadə etmir.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

ABŞ prezidenti yazışmalar üçün “email”-dən istifadə etdiyini vurğulayıb.

“Mən “Twitter”dən istifadə etmirəm, mesaj yazmıram. Email vasitəsilə yazışıram. Mən hələ də “Blackberry” işlədirəm”, - deyə Obama “Jimmy Kimmel Live” şouda çıxışı zamanı bildirib.

Obama təhlükəsizlik tədbirləri ilə əlaqədar smartfon istifadə etmədiyini də vurğulayıb: “Məndən fərqli olaraq qızlarım smartfon istifadə edir və məhdudiyyətsiz olaraq dostları ilə yazışırlar”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti