Ərzaq məhsulları və dərman bahalaşmayıb - AÇIQLAMA

Ərzaq məhsulları və dərman bahalaşmayıb - AÇIQLAMA
  13 Mart 2015    Oxunub:1286
Aparılan monitorinqlər göstərir ki, bu gün əsas ərzaq mallarının və dərmanların qiymətlərində artım yoxdur və qiymətlər stabildir.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev deyib.

Xidmət rəisi bildirib ki, manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması ilə bağlı fevral ayının 21-dən etibarən istehlak bazarında həyata keçirilən intensiv nəzarət tədbirləri davam etdirilir.(AzərTAc)


Teqlər:  





Xəbər lenti