Putinin reytinqi 15 illik maksimuma çatdı

Putinin reytinqi 15 illik maksimuma çatdı
  13 Mart 2015    Oxunub:1682
İctimai Rəyin Öyrənilməsi üzrə Ümumrusiya Mərkəzinin baş direktoru Valeriy Federovun sözlərinə görə, Rusiya lideri Vladimir Putinin fəaliyyətini rusların 88%-ni dəstəkləyir.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Ölkə başçısının fəaliyyətini rusların 88 faizi lehinə, 7 faizi isə əleyhinədir”, - deyə Federov bildirib.

Mərkəzin direktorunun sözlərinə görə, hazırkı nəticə son 15 ildə qeydə alınan ən yüksək göstəricidir. Direktor bildirib ki, Putinlə bağlı sorğu hər il mart ayında – onun ilk dəfə prezident seçildiyi vaxt keçirilir.

Qeyd edək ki, ötən ilin Putinin fəaliyyətini respondentlərin 85,9 faizi dəstəkləyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti