Baş katib vəzifədən gedir

Baş katib vəzifədən gedir
  13 Mart 2015    Oxunub:1681
Avropa İttifaqı Şurasının Baş katibi vəzifəsindən gedir.
Avropa İttifaqı Şurasının Baş katibi Uve Korsepius bu ilin yayında mandatı bitdikdən sonra Almaniyaya qayıdacaq.

“Almaniyanın Kansleri mənim Berlinə qayıtmağımı xahiş edib. Ona görə mən mandatım başa çatdıqdan sonra Brüsseli tərk edəcəm. Avropa İttifaqında çalışmaq mənə böyük şərəf idi”, - deyə o bildirib.

Avropa İttifaqı Şurasının Baş katibi kimi vəzifəsinin icrasına Uve Korsepius 2011-ci il iyunun 26-da başlayıb. Onun səlahiyyət müddəti bu il iyunun 30-da başa çatır.




Teqlər:  





Xəbər lenti