Poroşenko 11 ölkədən silah alır

Poroşenko 11 ölkədən silah alır
  14 Mart 2015    Oxunub:1439
Rəsmi Kiyev 11 Avropa İttifaqı ölkəsi ilə silah tədarükünə dair müqavilə imzalayıb.
APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko “1+1” telekanalının efirində bəyan edib.

P.Poroşenko həmçinin qeyd edib ki, ATƏT Donbasda tam şəkildə öz missiyasını yerinə yetirə bilmir. “Buna baxmayaraq, biz münaqişə zonasına sülhməramlı qüvvələrin yeridilməsini Minsk prosesinə alternativ kimi qiymətləndirmirik”, deyə P.Poroşenko bildirib.


Teqlər:





Xəbər lenti