Nemtsovun ölümü Sobçakı qorxuya saldı

Nemtsovun ölümü Sobçakı qorxuya saldı
  14 Mart 2015    Oxunub:2012
Teleaparıcı Kseniya Sobçak “qətlə yetirilə biləcək şəxslərin siyahısı” barədə məlumatdan sonra mühafizəsini gücləndirib.

AzVision.az musavat.com-a istinadən xəbər verir ki, siyahıda Kseniya Sobçakla yanaşı, “Exo Moskvı”nın rəhbəri Aleksey Venediktov və qiyamçı oliqarx Mixail Xodorkovski də var.

“Təəssüf ki, təhlükəsizliyimi gücləndirməli oldum. İndi mən cangüdənlə gəzməyə məcburam", - Kseniya Sobçak Gazeta.ru-ya bildirib.

Hüquq-mühafizə orqanları isə yayılan siyahıları şərh etməyib.


Teqlər:





Xəbər lenti