Azərbaycanlı deputatlar İrəvana gedir? - Yenilənib

Azərbaycanlı deputatlar İrəvana gedir? - Yenilənib
  14 Mart 2015    Oxunub:4439
Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasının martın 16-da İrəvanda keçiriləcək iclasına qatılacağı hələlik məlum deyil.

Bu barədə AzVision.az-a Azərbaycanın Avronest Parlament Assambleyasının üzvü Rövşən Rzayev deyib. Deputat bildirib ki, bu barədə qərar veriləcək.

“Avronest Parlament Assambleyasının Azərbaycan üzrə rəhbəri var. Onun nə qərar qəbul etdiyini bilmirəm”.

Millət vəkili Türkiyə hökuməti tərəfindən belə bir təklifin gəlməsindən də xəbərsiz olduğunu söyləyib.

***
Türkiyə hökumətinin xahişi ilə Azərbaycan nümayəndə heyəti martın 16-da Ermənistan paytaxtı İrəvanda keçirilməsi planlaşdırılan Avronest Parlament Assambleyasının dördüncü plenar iclasına qatılacaq.

AzVision.az xəbər verir ki, belə bir iddia ilə Ermənistanın “Aykakan Jamanak” qəzeti çıxış edib.

“Türkiyə əmindir ki, əgər azərbaycanlılar İrəvana gəlməsə, Avronest Parlament Assambleyası heç bir etiraz olmadan erməni “soyqırım”ının 100 illiyi ilə bağlı qətnamə qəbul edəcək. İndi isə, azərbaycanlılar Yerevana xüsusi məqsədlə gəlirlər. Onlar nəyin bahasına olursa olsun, erməni “soyqırım”ı ilə bağlı hər hansı sənədin qəbuluna mane olacaqlar ”, - deyə “Aykakan Jamanak” qəzeti xəbər yayıb.

AzVision.az erməni KİV-in yaydığı bu xəbəri dəqiqləşdirməyə çalışacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti