Türkiyədə 934 əsgər intihar edib – Qorxunc statistika

Türkiyədə 934 əsgər intihar edib – Qorxunc statistika
  14 Mart 2015    Oxunub:3104
Türkiyədə intihar edən əsgərlərin sayı şəhid olanların sayından çoxdur.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Həmkarlar İttifaqı ilə Türkiyənin Təqaüdçü Veteranlar Birliyi məlumat yayıb.

Bildirilib ki, ötən 10 il ərzində terrorçuluqla mübarizədə 818 əsgər şəhid olsa da, 934 əsgər hərbi hissələrdə intihar edib.

Məlumatda qeyd edilib ki, əsgərlərin 42%-i təhqirdən, 30%-i döyülməkdən, 28%-i həddindən artıq işgəncəyə məruz qaldığından, 24%-i tibbi yardım ala bilmədiyindən, 14%-i fiziki işlərə məcbur qalmaqdan, 7%-i yüksək rütbəli hərbçilərin şəxsi işlərini görmələrindən, 7%-i isə yuxusuz qalmalarından şikayətçidir.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti