Elçibəyin oğlu deputatlardan iş istəyib

Elçibəyin oğlu deputatlardan iş istəyib
  18 Fevral 2013    Oxunub:7890
Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin ailəsi millət vəkillərinə müraciət edib.
Bu barədə mərhum eks-prezidentin qayını Mirmövsüm Mahmudov məlumat verib. Uzun müddətdir Elçibəyin oğlu Ərturqut Əliyevin işsiz olduğunu deyən M.Mahmudov bununla bağlı Milli Məclisin iki deputatından kömək istədiklərini bildirib. Modern.az-a açıqlama verən M.Mahmudov həmin deputatların adlarını çəkmək istəmədiyini qeyd edib.

“Ərtuqut ali məktəbi bitirib, hərbi xidmətini də çoxdan başa vurub, üzun müddətdir işsizdir. Biz onun işə düzəldilməsi üçün bir çox yerlərə müraciət etmişik. Həmçinin iki millət vəkilindən də kömək istəmişik. Onlar da bizə kömək edəcəklərini söz vedilər. Hələki millət vəkillərindən bir cavab yoxdur. Gözləyirik...”,-deyə Ərturqut Əliyevin dayısı M.Mahmudova vurğulayıb.

M.Mahmudov Elçibəyin ailəsinə dövlət tərəfindən ayrılan təqaüdün vaxtlı-vaxtında verildiyini də qeyd edib.

Qeyd edək ki, Ərturqut Əliyev Bakı Kooperasiya Universitetini bitirib. Ali təhsilini tamamladıqdan sonra qanunvericiliyə uyğun olaraq Binəqədi Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. O, hərbi xidmətini Daxili Qoşunların Gəncədəki “N” saylı hərbi hissəsində başa vurub. Hərbi xidmətdən sonra Türkiyənin Milliyyətçı Hərəkat Partiyasının sədri Dövlət Baxçalının dəstəyi ilə qardaş ölkədə təhsilini davam etdirib. Hazırda işsizdir. Mərhum prezidentin qızı Çilənay Səmədbəyli isə ailəsi ilə Bakını tərk edərək Türkiyəyə köçüb. Elçibəyin həyat yoldaşı evdar qadındır.

Xatırladaq ki, 2012-ci il iyul ayının 21-dən etibarən Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanunu qüvvəyə minib. Sözügedən qanunun müvafiq tələbinə əsasən, Əbülfəz Elçibəyin ailəsinə 3750 manat məbləğində aylıq müavinət ayrılıb.


Teqlər:





Xəbər lenti