Sami Yusuf Bakıda konsert verdi - FOTO

Sami Yusuf Bakıda konsert verdi - FOTO
  15 Mart 2015    Oxunub:1884
Martın 14-də Heydər Əliyev Sarayında Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf geniş konsert proqramı ilə çıxış edib.
"Sarı gəlin” adlanan konsert “KEvents group”un təşkilatçılığı ilə reallaşıb.

Sami Yusuf konsertdə "The Centre” adlı albomunda yer alan musiqiləri, həmçinin “Sarı gəlin” və “Küçələrə su səpmişəm” mahnıları da daxil olmaqla 19 mahnı ifa edib.

Onu yerli musiqiçilər müşayiət edib. Konsertdə, həmçinin “Natiq” ritm qrupu da çıxış edib. Konsertdə maraqlı məqamlardan biri də Sami Yusufun ona hədiyyə olunan Azərbaycan bayrağını öpərək pianonun üstünə sərməsi olub. Müğənninin bu jesti tamaşaçılara xoş təsir bağışlayıb.

Tamaşaçıların təkidi ilə konsertin repertuarından əlavə bir neçə mahnı oxuyan müğənninin ifaları alqışlarla müşayiət olunub.

Sami Yusuf Bakıda konsert verdi



Teqlər:





Xəbər lenti