Maliyyə nazirinə cinayət işi açıldı

Maliyyə nazirinə cinayət işi açıldı
  15 Mart 2015    Oxunub:1469
Rumıniyalı nazir haqqında cinayət işi açılıb.
Rumıniyada baş prokurorluq rüşvətlə mübarizə əməliyyatları çərçivəsində ölkənin Maliyyə naziri Dariyus Valkova qarşı cinayət işi qaldırıb.

Prokurorluq Valkovun Slatina bələdiyyə sədri olaraq işlədiyi dövrdə biznesmenlərdən birindən 2 milyon avro rüşvət aldığını, vəzifəsindən sui-istifadə etdiyini bildirib.

Maliyyə naziri isə haqqında səsləndirilən iddiaları rədd edir.

Bundan başqa, maliyyə naziri nə olur-olsun vəzifəsini davam etdirəcəyini səzlərinə əlavə edib. (Ans)


Teqlər:  





Xəbər lenti