Tatlısəs ölüm ayağında - 6 gündür ayılmır

Tatlısəs ölüm ayağında - 6 gündür ayılmır
  15 Mart 2015    Oxunub:3302
Başından silahla vurulan, uzun müddət ölüm-dirim mübarizəsi aparan İbrahim Tatlısəs yenidən əməliyyat olunmasından sonra reanimasiyada yatırılır.
AzVision.az-ın anspress-ə istinadən məlumatına görə, martın 9-da ABŞ-ın Florida ştatının Mayami şəhərində beyin əməliyyatı keçirən məşhur türk müğənnisi İbrahim Tatlısəs 5 saatlıq əməliyyatdan sonra reanimasyaya köçürülmüşdü.

Artıq bu gün də daxil olmaqla, 6 gündür ki, yuxudan oyanmayan müğənninin vəziyyəti yaxınlarını üzüb. Həkimlər sənətçinin həyati təhlükə ilə üz-üzə olduğunu bildirirlər.

Qeyd edək ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir müalicə alsa da hələ tam sağalmayıb. Müğənninin qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və sol tərəfi iflic qalıb. Məşhur türküçü həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olunub. Tatlıses əməliyyatın riskli olduğunu nəzərə alaraq əvvəlcədən yaxınları və dostları ilə halallaşıb.


Teqlər:  





Xəbər lenti