UNESCO-da Novruz bayramı qeyd olunacaq

UNESCO-da Novruz bayramı qeyd olunacaq
  15 Mart 2015    Oxunub:1586
Martın 24-də UNESCO-nun mənzil iqamətgahında Novruz bayramı qeyd olunacaq.
AzVision.az-ın Azərtac-a istinadın verdiyi məlumata görə, Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın, Özbəkistanın, Türkiyənin, Monqolustanın və Rusiya Federasiyası türk dilli xalqlarının nümayəndələrinin iştirak edəcəyi bayram şənliyinə 100-dən artıq incəsənət ustası qatılacaq.

Tədbirdə Azərbaycanı estrada-folklor ansamblı və aşıq Əli Quliyev təmsil edəcək.

TÜRKSOY-un təşkilatçılığı, türkdilli xalqların, o cümlədən Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin dəstəyi ilə keçiriləcək bayram şənliyi çərçivəsində “Novruz rəngləri” adlı sərgi də təşkil olunacaq.


Teqlər:





Xəbər lenti