Sobçak Rusiyadan qaçdı

Sobçak Rusiyadan qaçdı
  16 Mart 2015    Oxunub:2191
Müxalifətçi Boris Nemtsovun dəfn mərasimində ölümlə hədələnən Kseniya Sobçak Rusiya xüsusi xidmət orqanlarının tövsiyəsi ilə ölkəni tərk edib.
Bu barədə AzVision.az Rusiyanın “Komersant” qəzetinə istinadən xəbər verir.

Cümə günü Sobçak baş redaktoru olduğu “L”Officiel” jurnalının yeni sayının çıxması münasibətilə şam yeməyi təşkil dib. Tədbir “ÇDL” restoranında baş tutub. Orada teleaparıcının həyat yoldaşı Maksim Vitroqan və iki cangüdəni də olub.
“Bu şam yeməyi kimi Xalqlar Teatrında “Evlilik” tamaşasının premyerasını da təxirə sala bilməzdim. Lakin elə sabah mən Rusiyanı bir müddətlik tərk edəcəyəm”, – deyə teleaparıcı bildirib.

Sobçakın Rusiya xüsusi xidmət orqanlarının tövsiyəsi əsasında ölkəni tərk etməsini nəşrə teleaparıcının yaxınları bildirib.
Qeyd edək ki, Rusiyanın “Novaya qazeta” mətbuat orqanı isə Nemtsovun qətli ilə bağlı qalmaqallı məlumat yaymışdı.

Qəzetin xəbərinə görə, Rusiya hökuməti güllələnmə siyahısı hazırlayıb. Nemtsovdan sonra bu siyahıda Mixail Xodorkovski, “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov və aparıcı Kseniya Sobçakın da adı var. Artıq Venediktovun ölkəni tərk etdiyi deyilir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu məlumatları absurd adlandırmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti