Milyarder həkimlər - SİYAHI

Milyarder həkimlər - SİYAHI
  16 Mart 2015    Oxunub:4065
Dünyanın ən varlı şəxslərinin siyahısında təkcə iş adamları deyil, həkimlər də var.
Dünyanın ən varlı həkimləri kimlərdir?

1. Dünyanın ən varlı həkimi Patrik Sun Şinqdir. ABŞ vətəndaşı olan həkimin 15 milyard dollar pulu var. 63 yaşlı Patrik xərçənglə mübarizədə böyük xeyriyyəçi rolu oynayıb və gəlirinin çox hissəsini xeyriyyəçiliyə xərcləyir.

2. Milyarder həkimlərin siyahısında ikinci yerdə cərrah Tomas Fristdir. O, gəlirlərinin böyük hissəsini poliklinikaların alış-satışı nəticəsində qazanıb. Tomasın əmlakı 7 milyard dollardır. O da gəlirlərinin böyük hissəsini xeyriyyəçilik fəaliyyətinə sərf edir.

3. Filip Frost (Phillip Frost) 3,8 milyard dollarlıq var-dövləti ilə siyahıda üçüncü ən varlı həkimdir. Bu həkim tibb sahəsində fəaliyyətilə seçilmir. O, pullarını əczaçılıq şirkətləri yaratmaq və satmaqla 7,8 milyard qazanmışdı. Müəyyən səbəblərdən var-dövləti 4 milyard azalıb.

4. Dördüncü yerdə çinli Vu Yilinq ( Wu Yiling) qərarlaşıb. Bu həkim milyarderlər siyahısına düşənə qədər 11 il çalışıb. O, 1992-ci ildə özünün xalq təbabəti dərmanlarını satan şirkətini yaradıb. Bu şirkəti satdıqdan sonra 1,7 milyard dollar qazanıb.

5. Qeri Mişelson (Gary Michelson) beşinci yerdədir. Onun ümumi varidatı 1, 55 milyard dollarlıq əmlaka sahibdir. Bu həkim ortopedik cihazlar, dərman və metodlar üzrə 250 patentin sahibidir. O, özünün patentlərini bir hissəsini Medtronic şirkətinə satmaqla varlanıb.


Teqlər:





Xəbər lenti