Ərdoğan: “Türkiyə güclü olsaydı, Qarabağ münaqişəsi olmazdı”

Ərdoğan: “Türkiyə güclü olsaydı, Qarabağ münaqişəsi olmazdı”
  17 Mart 2015    Oxunub:3161
“Türkiyə 1990-cı illərin əvvəllərində indiki kimi güclü olsaydı, Dağlıq Qarabağ münaqişəsi də olmazdı”.

AzVision.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyənin yalnız öz vətəndaşlarına və öz torpağına cavabdeh olmadığını deyən Ərdoğan qeyd edib ki, ərəb ölkələrində olduğu kimi, Cənubi Qafqazda da münaqişələr mövcuddur.

“O vaxtki Türkiyə indiki Türkiyə kimi olsaydı bu qətliamlar olmazdı. Məsələn Dağlıq Qarabağ münaqişəsi və Yaxın Şərqdəki hadisələrin baş verməsinə imkan verməzdik”

AzVision.az


Teqlər:  





Xəbər lenti