Baş nazir Saakaşviliyə görə xahiş etdi

Baş nazir Saakaşviliyə görə xahiş etdi
  17 Mart 2015    Oxunub:2055
Gürcüstanın baş naziri İrakli Qaribaşvili hakimiyətdə olan "Gürcü arzusu" koalisiyasının tərəfdarlarına sabiq prezident Mixail Saakaşvilinin tərəfdarlarına qarşı zorakılıqdan çəkinməyi xahiş edib.
Bu haqda "İnterfaks" xəbər verib. Siyasətçi şəhər sakinləri tərəfindən Saakaşvilinin partiya üzvlərinin döyülməsi haqqında informasiya fonunda çağırış edib.

"Mən Zuqdidi şəhər sakinlərinin keçmiş rejimin nümayəndələri ilə bağlı qəzəbini anlayıram, ancaq mən onlara sakitliyi saxlamağa çağırıram, çünki vətəndaşların belə hərəkətləri "Vahid milli hərəkat" partiyasının aktivləşməsinə şərait yaradır, özünü dünya ictimaiyyətinə qurbanlar kimi təqdim edirlər, bu ölkəyə zərər verir", - deyə baş nazir bildirib. (Ans)


Teqlər:  





Xəbər lenti