Nemtsovun qətlinə görə 2 nəfər də tutuldu

Nemtsovun qətlinə görə 2 nəfər də tutuldu
  17 Mart 2015    Oxunub:1643
Rusiyanın müxalifət lideri Boris Nemtsovun qətlində şübhəli bilinən daha 2 nəfərə qarşı ittiham irəli sürülüb.
Tamerlan Eskerhanov və Hamzat Bakaev qanunsuz silah saxlamaq, qətl də iştirakda ittiham olunurlar. Bundan əvvəl yalnız keçmiş çeçen polisi Zaur Dadaev və Anzor Gubaşevə qarşı rəsmi ittiham irəli sürülmüşdü.

İndiyədək Nemtsovun qətli ilə bağlı 5 nəfər həbs olunub.

Martın 16-da daha 1 nəfərə, Şadid Qubaşevə qarşı da ittiham irəli sürüləcəyi gözlənilir. Zaur Dadaev ilkin ifadəsində qətldə əli olduğunu boynuna alsa da sonradan bu ifadədən imtina elədi və onu təzyiq altında verdiyini deyib. O ötən həftə hüquq müdafiəçiləri ilə görüşdə ona işgəncə verildiyini bildirib.

Qeyd edək ki, Boris Nemtsov fevralın 27-də Moskvanın mərkəzində öldürülüb (Anspress)


Teqlər:





Xəbər lenti