Şahzadə hərbi xidmətdən gedir

Şahzadə hərbi xidmətdən gedir
  17 Mart 2015    Oxunub:1362
Böyük Britaniya şahzadəsi 10 ildən sonra Silahlı Qüvvələrin sıralarını tərk edəcəyini bildirib.
Bu barədə AzVision.az “The Guardian”a istinadən xəbər verir.

30 yaşlı Harri “Apache” helikopterinin pilotu olub. O, iki dəfə Əfqanıstanda xidmətdə olub və dəfələrlə hərbçi və yerli əhalinin daşınmasında iştirak edib.

Harrinin hərbi xidmət müddəti iyuna qədər davam edəcək. Bu tarixə qədər Harri Avstraliyada 4 həftə müddətinə hərbi xidmət keçəcək və daha sonra isə Yeni Zelandiyaya yollanacaq.

Hərbi xidmətdən getdikdən sonra şahzadə Afrikada, Sahara səhrasından cənubda humanitar missiyalarda iştirak edəcək. Harrinin sözlərinə görə, onun hərbi təcrübəsi həyatının sonuna qədər onunla birgə olacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti