İsraildə parlament seçkiləri keçirilir

İsraildə parlament seçkiləri keçirilir
  17 Mart 2015    Oxunub:1274
Bu gün İsraildə parlament seçkiləri keçirilir.
AzVision.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, seçkilərin nəticələrinə görə, yeni hökumət qurulacaq və yeni baş nazir seçiləcək.

Ölkədə səsvermə Bakı vaxtı ilə 09:00-00:00-a qədər davam edəcək. 5,9 milyon seçici İsrailin müxtəlif regionlarında təşkil olunan 3,2 min məntəqədə səs verəcək.

Qeyd edək ki, İsrail Knessetindəki 120 yer uğrunda 25 partiya mübarizə aparır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti