Yağıntılı hava davam edəcək

  18 Fevral 2013    Oxunub : 1352
Yağıntılı hava davam edəcək
Sabahkı günün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 19-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı, mülayim cənub-şərq küləyi əsəcəyi gözlənilir.

Havanın temperaturu gecə 3-5, gündüz 5-9 dərəcə isti olacaq. Rayonlarda isə sabah hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

Fevralın 19-20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Teqlər: