Azərbaycanlı milyarderin Afrikada 250 milyonluq biznesi

Azərbaycanlı milyarderin Afrikada 250 milyonluq biznesi
  17 Mart 2015    Oxunub:4332
Azərbaycanlı milyarder Vahid Ələkbərova məxsus olan “Lukoyl” şirkəti Kamerunda Qvineya körfəzində Etinde ərazisinin işlənməsi üzrə layihəyə daxil olmaq barədə sazişi yekunlaşdırıb.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.

Alış-satış barədə saziş ötən ilin iyununda bağlanıb. Etinde ərazisinin işlənməsi üzrə lisenziya 29 iyul 2014-cü ildə, 20 illik müddətə verilib. Bu ilin fevral ayında isə Kamerun prezidenti sazişin razılaşdırılması haqqında sərəncam verib.

“Bowleven” şirkəti layihədəki səhmlərinin 37,5 faizini Azərbaycanlı milyarderin şirkətinə satıb. Sövdələşmənin dəyərinin 250 milyon dollar olduğu bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti