Kasparov: `Rusiyada sosial partlayış gözlənilir`

Kasparov: `Rusiyada sosial partlayış gözlənilir`
  21 May 2013    Oxunub:1178

Qarri Kasparov :”2-3 ildən sonra Rusiyada kütləvi narazılıq partlayışı olacaq”
Erməni şahmatçı Qarri Kasparov putinəleyhinə müxalifətin ən tanınmış nümayəndələrindən biridir. Elə buna görə də o-Rusiya prezidentnin düşmənlərindən hesab edilir.” –deyə El-pais qəzeti yazır. “Onun kimilər ya dəmir barmaqlıqlar arxasına atılıb, ya da ölkəni tərk ediblər”. Ötən həftə Kasparov Osloda həmtəşkilatçısı olduğu forumda çıxışı zamanı növbəti dəfə Rusiyada insan hüquqlarının kobud şəkildə tapdalandığını bəyan edib.

Qəzetə müsahibəsində erməni şahmatçı bildirib: “Rusiya bir partiyanın diktaturasından bir nəfərin diktaturasına keçir. Bu həm pis, həm də yaxşı xəbərdir. Bu bir əzabdır, rejim daha da zəifləyib.”

Kasparov deyir: “ Yaxın iki-üç ildə biz kütləvi partlayışın şahidi olacağıq, lakin bu partlayış Rusiya xalqa baha başa gələcək” . Onun fikrincə Putin sona kimi hakimiyyətdən əl çəkməyəcək”.

Kasparovun sözlərinə görə, “hazırki rejim vətəndaşların rəyini nəzərə almır. Putin hökuməti qeyr-legitim bir hökumətdir. Putin rejimini devirməyin yeganə yolu kütləvi nümayişlərdir”. Bildirir ki, başqa cür- konstitusiya prosesi yolu ilə Putin hakimiyyəti təhvil verməyəcək.

Erməni şahmatçı “bütün diktatorların- Putin, Venesuellada çavist rejiminin, İran, KXDR, və Suriyanın biri-birilərini dəstəklədiyini deyir.


Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti