Ermənilərin “Eurovision” təxribatı puç oldu
Məlumata əsasən, müsabiqəyə “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı “Don`t deny” (Unutma) mahnısı ilə qatılmaq istəyən ermənilərin arzusu ürəklərində qalıb.
Belə ki, “Genealogy” qrupunun ifa edəcəyi mahnının adının “Face the Shadow”-la əvəzlənib. Artıq Ermənistan İctimai Televiziyası da bu xəbəri təsdiqləyib. Bu addım Avropa Yayım İttifaqının müsabiqədən siyasi motivlər üçün istifadə olunmaması ilə bağlı qəbul etdiyi qərara uyğun atılıb.
Qeyd edək ki, bu il “Eurovision - 2015” yarışması mayın 19, 21 və 23-də keçiriləcək.
Eldar Tanrıverdiyev
AzVision.az