Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini dedi
AzVision.az-ın məlumatına görə, Ərdoğan çıxışı zamanı Azərbaycan və Türkiyə münasibətlərindən danışıb və hər iki ölkənin qardaşlığından söz açıb.
Daha sonra Ərdoğan Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan – Türkiyə” şeirini səsləndirib, şeir alqışlarla qarşılanıb.
Həmin şeiri təqdim edirik:
Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.
Bir ananın iki oğlu
Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Ana yurdda yuva qurdum
Ata yurda könül verdim
Ana yurdum, ata yurdum
Azərbaycan-Türkiyə.
Birdir bizim hər halımız
Diləyimiz, amalımız
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir
Ayımız bir, ilimiz bir
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.
Ərdoğan həmçinin qeyd edib ki, Anadoludakı vətəndaşlar Qarabağda zülmə məruz qalan azərbaycanlı qardaşlarının acısını ürəklərində hiss edir: "Bizim üçün İzmir, Ankara, Antalya, Trabzon nədirsə Bakı, Tiflis, Batum da odur",
Sevinc İltifatqızı
AzVision.az