Putin yas mərasiminə qatıldı

Putin yas mərasiminə qatıldı
  17 Mart 2015    Oxunub:3716
Rusiya prezidenti Vladimir Putin martın 14-də dünyasını dəyişən yazıçı Valentin Rasputinlə vida mərasiminə qatılıb.
AzVision.az-ın “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, vida mərasimi Xilaskar İsa məbədində keçirilib.

Rusiya prezidenti Rasputinin yaxınlarına başsağlığı verib, onlarla söhbət edib.

Qeyd edək ki, daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Putin yazıçı ilə tanışdır və onun yaradıcılıq istedadının pərəstişkarıdır və həmişə Valentin Rasputinlə dərin, uzunsürən söhbətləri xatırlayacaq”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti