Netanyahu irəlidədir - seçkilərin ilkin nəticələri

Netanyahu irəlidədir - seçkilərin ilkin nəticələri
  18 Mart 2015    Oxunub:1414
İsrailin baş naziri Binyamin Netanyahunun liderlik etdiyi “Likud” partiyası ötən gün keçirilən seçkilərin ilkin nəticələrinə görə, seçicilərin 23,73% səsini toplayıb.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Netanyahunun əsas rəqibi İtsaxaq Hertsoqun rəhbərlik etdiyi “Sionist Düşəgəsi” isə səslərin 19,06 %-ni toplayıb. Birləşmiş Ərəb Qrupundan olan namizədlər isə səslərin 9,63 faizini toplayıb.

Qeyd edək ki, hazırda bülletenlərin 70% sayılıb. “Haaretz” qəzetinin məlumatına görə, Knessetin 20-cı çağırışında “Likud” 29 yer, “Sionist düşərgə” isə 24 yer tutub.

Qeyd edək ki, İsrail Knessetindəki 120 yer uğrunda 25 partiya mübarizə aparıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti