Saakaşvili və İvanaşvili eyni filmdə

Saakaşvili və İvanaşvili eyni filmdə
  18 Mart 2015    Oxunub:2004
Hollivud ulduzu Entoni Hopkins Gürcüstanın sabiq baş naziri Bidzina İvanaşvili haqqında çəkilən “9+1” çoxseriyalı filmdə baş rollardan birini canlandıracaq.
Bu barədə AzVision.az “Novosti Qruziyaya” istinadən xəbər verir.

Film rejissoru Qoqa Haindrava Mixail Saakaşvilinin illik hakimiyyəti və “Vahid Milli Hərəkat” haqqında bəhs edəcək filmin çəkilişlərinə bu ilin sentyabr ayında başlayacağını bildirib.

Bundan əlavə rejissorun köməkçiləri daha bir Hollivud ulduzu Nikolas Keyclə də danışıqların aparıldığını açıqlayıblar. Keyc filmdə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini canlandırmalıdır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti