Ermənistanda inqilab qorxusu

Ermənistanda  inqilab  qorxusu
  18 Fevral 2013    Oxunub:2865
İsrailin prezident seçkiləri üzrə müşahidəçisi Ermənistanı mümkün inqilabla bağlı ehtiyatlı olmağa çağırıb.
Ermənistanda prezident seçkiləri üzrə müşahidəçi, Seçki Sistemlərinin Beynəlxalq Ekspertiza Mərkəzinin(İCES) rəhbəri, Təl-Əvivdə Şərqi Avropa və MDB dövlətləri institutunun direktoru Aleksandr Tsinker fevralın 18-nə keçən gecə “Ermənistan” telekanılı vasitəsilə hökumətə xəbərdarlıq ünvanlayıb və ölkə rəsmilərini inqilab ssenarisinin hazırlandığı ilə bağlı ehtiyatlı olmağa çağırıb.
“İnqilab özü ilə faciələr, qan-qada gətirəcək. O, həm də cəmiyyəti geri salır ” deyən Tsinker Gürcüstan, Ukrayna, və Qırğızıstanı misal göstərib. Qeyd edib ki, hazırda Saakaşvili rejimi devrilmək üzrədir, Ukraynada “narıncı inqilabın” liderləri hakimiyyətdən geri çəkiliblər, hazırda Belorusda sığınacaq tapan Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyevin isə həbsinə qərar verilib”.
“ İnqilab amilinin aşılanması olduqca təhlükəlidir”, deyə Tsinker vurğulayır. Onun sözlərinə görə, hakimiyyət dəyişməsi inqilab deyil, idarəetmə formasının digəri ilə əvəzlənməsi deməkdir. Ermənistanda isə inqilab təhlükəsi kifayət qədər aktualdır.


Teqlər:  





Xəbər lenti