ABŞ-da ermənilərin “soyqırım” şousu

ABŞ-da ermənilərin “soyqırım” şousu
  18 Mart 2015    Oxunub:2223
Bu gün ABŞ-da Kapitoli təpəsində “erməni soyqırımı” haqqında qətnamə təqdim ediləcək.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Qətnaməni konqresmenlər Robert Doll, Adam Şiff, Devid Valadou, Frenk Pallone, konqresin digər üzvləri və erməni icmasının nümayəndələri təqdim edəcək.

Qətnamədə 1918-1923-cü illərdə Osmanlı İmperiyasında ermənilərə qarşı “soyqırım” baş verdiyi bildirilir və bu barədə tarixi faktların olduğu iddia edilir.

Qətnamə müəllifləri bildirilər ki, Türkiyə “soyqırım” faktını qəbul etməlidir. Çünki bu Türkiyə-Ermənistan əlaqələrinin yaxşılaşması üçün vacibdi. Konqresmenlər ABŞ prezidenti Barak Obamanı ”erməni soyqırımı”nın tanınması istiqamətində iş aparmağa çağırırlar.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti