Netanyahu seçkilərdə qalib gəldi

Netanyahu seçkilərdə qalib gəldi
  18 Mart 2015    Oxunub:1813
İsraildə keçirilən parlament seçkilərində hakim “Likud” partiyası qalib gəlib.
Bu barədə AzVision.az “The Jerusalem Post”a istinadən xəbər verir.

Hazırda seçki bülletenlərinin 99 faizi sayılıb. Nəticələrə əsasən baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası Knessetdə 120 yerdən 30-nu qazanıb.

Seçkilərdə ikinci Tsipi Livni və İtxak Herçoqun rəhbərlik etdiyi “Sionist düşərgəsi” bloku olub. O, parlamentdə 24 yer tutub. Daha sonra siyahıda isə 14 yerlə “Birləşmiş Ərəb Siyahısı” gəlir.

Artıq baş nazir Netanyahu “möhtəşəm qələbə” münasibəti ilə tərəfdarlarını təbrik edərək yeni hökumətin yaradılması üzrə danışıqlara başladığını bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti